İstifadə Şərtləri
Qüvvəyə minmə tarixi: 1 may 2026
1. Giriş
Bu Xidmət Şərtləri VOLAURA, Inc. və VOLAURA platformasından istifadənizi tənzimləyir. VOLAURA, Inc. Delaware ştatında qeydiyyatdan keçmiş C-Corporation-dır. VOLAURA-dan istifadə etməklə bu Şərtlərlə razılaşırsınız. Əlaqə: hello@volaura.app
2. Xidmət nədir
VOLAURA peşəkar bacarıqların qiymətləndirilməsi, nəticələrin göstərilməsi və verified professional talent profiling üçün platformadır. Biz iş, gəlir, qəbul, sertifikat və ya istənilən konkret nəticəni zəmanət vermirik.
3. Yaş məhdudiyyəti
VOLAURA yalnız 18 yaş və yuxarı şəxslər üçündür. 18 yaşdan aşağısınızsa, xidmətdən istifadə etməyin.
4. Hesab
Hesab yaradanda doğru məlumat verməlisiniz, hesabınızı qorumağa kömək etməlisiniz, hesabınızla baş verən fəaliyyətə görə məsuliyyət daşıyırsınız. Google ilə giriş edirsinizsə, Google hesabınızı da təhlükəsiz saxlamalısınız.
5. Assesment və platformadan istifadə
Siz razılaşırsınız ki: assesmentləri dürüst cavablayacaqsınız, başqasının adından istifadə etməyəcəksiniz, sistemi aldatmağa, manipulyasiya etməyə və ya saxta nəticə yaratmağa çalışmayacaqsınız, platformanı yalnız qanuni məqsədlərlə istifadə edəcəksiniz. Biz saxtakarlıq, abuse və təhlükəsizlik risklərini aşkar etmək üçün yoxlamalar apara bilərik.
6. Sizin kontentiniz
Siz platformaya məlumat, cavab, profil mətni və opsional foto yükləyə bilərsiniz. Siz öz kontentinizə sahib olaraq qalırsınız. Amma xidməti işlətmək üçün bizə həmin kontenti saxlamaq, emal etmək, göstərmək, təhlükəsizlik və support məqsədləri ilə istifadə etmək üçün məhdud hüquq verirsiniz. Əgər opsional foto yükləyirsinizsə, onun üçün hüququnuz olmalıdır.
7. AI və avtomatlaşdırılmış qiymətləndirmə
VOLAURA assesment cavablarını və digər siqnalları AI və qayda əsaslı sistemlərlə emal edə bilər. Bu sistemlər skor, insight, tövsiyə, uyğunluq siqnalı yarada bilər. AI nəticələri faydalıdır, amma səhvsiz deyil. Siz və platformadan istifadə edən digər tərəflər bu nəticələri yeganə qərar mənbəyi kimi istifadə etməməlisiniz. VOLAURA özü sizin barənizdə təkbaşına hüquqi qüvvəli qərar çıxarmağa yönəlməyib. Əgər belə emal sizə ciddi təsir göstərirsə, siz əlavə izah və insan baxışı istəyə bilərsiniz.
8. Ödənişlər
Əgər ödənişli funksiya və ya abunə aktiv edilərsə: ödənişlər Stripe vasitəsilə işlənir, siz düzgün billing məlumatı verməlisiniz, qiymət, renewal və refund şərtləri həmin plan təqdim olunanda göstəriləcək, Stripe öz şərt və siyasətlərini ayrıca tətbiq edə bilər. Biz kart məlumatlarını saxlamırıq.
9. Qadağan olunan istifadələr
Aşağıdakılar qadağandır: başqasının hesabına icazəsiz giriş, platformanı reverse-engineer etmək və ya zədələmək, spam, scraping və ya avtomatlaşdırılmış abuse, zərərli kod yükləmək, saxta profil, saxta assesment və ya saxta sübut yaratmaq, qanunu və üçüncü şəxslərin hüquqlarını pozmaq.
10. Hesabın dayandırılması və ya bağlanması
Bu Şərtləri pozsanız və ya platforma üçün risk yaratsanız, biz hesabınızı məhdudlaşdıra, dayandıra və ya bağlaya bilərik. Siz də istənilən vaxt hesabınızı bağlamağı xahiş edə bilərsiniz.
11. Məxfilik
Şəxsi məlumatların necə işlənməsi bizim Privacy Policy sənədimizdə izah olunur. VOLAURA-dan istifadə etməklə həmin siyasətin də sizə tətbiq olacağını qəbul edirsiniz.
12. Intellectual property
Platformanın özü — dizayn, mətn, proqram kodu, vizual elementlər, brend və digər materiallar — VOLAURA, Inc.-ə və ya onun lisenziya verənlərinə məxsusdur. Bu Şərtlər sizə platformadan istifadə üçün məhdud, geri alına bilən, qeyri-eksklüziv hüquq verir. Mülkiyyət vermir.
13. Zəmanətlərin məhdudluğu
VOLAURA «olduğu kimi» və «mövcud olduğu həcmdə» təqdim edilir. Biz hər zaman xətasız, fasiləsiz, tam dəqiq və ya müəyyən məqsəd üçün tam uyğun olacağını zəmanət vermirik.
14. Məsuliyyətin məhdudlaşdırılması
Qanunla icazə verilən maksimum həddə dolayı zərərlərə, gəlir və imkan itkisinə, reputasiya zərərinə, məlumat itkisinə görə məsuliyyət daşımırıq. Əgər qanun başqa cür tələb etmirsə, VOLAURA, Inc.-in bu Şərtlərlə bağlı ümumi məsuliyyəti son 12 ayda sizdən alınmış məbləğlə və ya ödəniş olmayıbsa 100 ABŞ dolları ilə məhdudlaşır.
15. Tətbiq olunan hüquq
Bu Şərtlər Delaware ştatının qanunları ilə tənzimlənir, amma yaşadığınız ölkənin məcburi istehlakçı hüquqları sizə tətbiq olunmağa davam edir.
16. Dəyişikliklər
Bu Şərtləri yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklik olarsa, platformada və ya email ilə xəbər verə bilərik. Yenilənmiş Şərtlər qüvvəyə mindikdən sonra xidmətdən istifadə etməyə davam etsəniz, yeni versiya tətbiq olunur.
17. Əlaqə
Suallar üçün: hello@volaura.app
© 2026 VOLAURA, Inc. · Məxfilik Siyasəti